Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli Fərmanı ilə təsdiq edilmişdir


Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq rüsumun məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

Bakı şəhəri üzrə – 1
Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə – 0,8
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə – 0,7
digər şəhər (rayon), qəsəbə və kənd üzrə – 0,5

İcazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə aşağıdakı əmsal tətbiq edilir



Reklam daşıyıcısının növü İcazənin müddəti Dövlət rüsumunun məbləgi (₼)
Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şartları, dirijabllar, aerostatlar və s.) 1 il 100,0
Elektron (rəqəmsal) daşıyıcılar (monitor,ekran, tablo və s.) 1 il 50,0
Təsvirin dinamik dəyişdiyi daşıyıcılar:
Roller 1 il 40,0
Prizmatron 1 il 17,0
Təsvirin dinamik dəyişdiyi daşıyıcılar:
Transparant 1 il 20,0
Ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) 1 il 17,0
Bilbord, meqabord 1 il 15,0
kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları 1 il 10,0

Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli Fərmanı ilə təsdiq edilmişdir


Reklam yayımı zonalarından, reklamın effektivlik dərəcəsinin kateqoriyasından (olduqda) asılı olaraq məbləğə aşağıdakı əmsallar tətbiq edilir:

Bakı şəhəri üzrə


Zona Kategoriya Əmsal
A 1 5
2 4
3 3,4
B 1 2,9
2 2,5
3 2,1
C 1 1,8
2 1,5
3 1,3


Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə


Zona Əmsal
A 1
B 0,8
C 0,6


Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə əmsal – 0,6;Digər şəhər (rayon), qəsəbə və kənd üzrə əmsal – 0,5.



Açıq məkanda reklam yayımına görə aylıq haqq, yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün aşağıdakı kimi müəyyən edilir:




Reklam daşıyıcısının növü Reklam yayımına görə haqq (₼, ƏDV-siz)
Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) 17,0
Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran və s.) 12,0
Roller 10,0
Prizmatron və s. 6,0
Transparant 7,0
Ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) 6,0
Bilbord, meqabord 5,0
Kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları 2,5