Rəhbər

directory1

Aydın Münsüf oğlu İbadov

Direktor

07.05.1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi müvəffəqiyyətlə başa vuraraq, Azərbaycan Mühəndis İnşaat İnstitutunun "İnşaat mühəndisi" fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra -1981-ci ildə hərbi xidmətə yollanıb. Əmək fəaliyyətinə 1984-cü ildə "Azərnəqliyyattikinti tresti"ndə mühəndis kimi başlayıb. 1991-ci ildə Azərbaycanda yeni formalaşmağa başlayan reklam sahəsinin təməlini qoyanlardan biri olub. Dünyaca məşhur şirkətlərin Azərbaycandakı nümayəndəliklərində, eləcə də bir neçə reklam şirkətlərində rəhbər vəzifələrdə çalışıb. 2012-ci ildən 2017-ci ilə kimi Rusiya Federasiyasının Moskva şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2017-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktorudur. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.