Mühit

Açıq məkanda reklam - məhsul və xitmətlərin təşviqi üçün bəşəriyyətin ən qədim vasitəsi hasab olunur və bu gün də layiqli mövqeyini saxlamaqdadır.

 

Effektivlik baxımından hərəkətliliyinin intensivliyi yüksək olan yerlərə və daha böyük auditoriyaya yönəlməsinə baxmayaraq bu reklamlar insanlara mane olmur, yorucu deyil, estetik baxımdan daha cəlbedicidir, digər reklam vasitələrindən fərqli olaraq diqqət cəlb etməyi bacarır.

 

Qlobal reklam bazarı çox dinamik və innovativ olmaqla özündə yeni həllər və tənzimləmə mexanizmlərini birləşdirir. Açıq məkanda yayımlanan reklamlar internet və informasiya-kommunikasiya texnologiyaları ilə inteqrasiyaya girərək brend, məhsul və xidmət haqqında ətraflı məlumat almağa imkan yaradır. Xüsusilə də rəqəmsal monitorlar bunu daha çevik və dinamik edir.

Ölkə ərazisində açıq məkan reklam bazarında bilboard və fasad reklamları üstünlük təşkil edir. Bilbordlarda əsasən istehlak malları (ərzaq məhsulları, elektrotexnika, məişət avadanlıqları, avtomobillər) və xidmətlər (bank, sığorta, telekommunikasiya, yeni yaşayış binaları), fasad reklamlarında isə daha çox obyektlərin adı və fəaliyyət istiqamətləri əks olunur. Bilbordların əksəriyyəti reklam operatorlarına məxsusdur və məzmun reklam vericisinin tələbindən asılı olaraq mütəmadi dəyişir

Ölkədə orta illik iqlim şəraitinin ümumən mülayim olması əhalinin açıq havada daha çox vaxt keçirməsinə imkan verir. Bu da öz növbəsində reklam vericiləri və yayıcıları üçün əlverişli mühitdir. Açıq səma altında təşkil olunan yarış, konsert, sərgi və digər kütləvi tədbirlər zamanı isə reklamların effektivliyi daha da artır.